spot_img
Ana səhifəHƏYAT TƏRZİSEVGİRomantik münasibətlər üçün yeni insan görünüşlü robot tanıdıldı

Romantik münasibətlər üçün yeni insan görünüşlü robot tanıdıldı

spot_img

ABŞ-nin “Realbotix” şirkəti süni intellektə sahib insan görünüşlü yeni robotunu təqdim edib.

Maya.news xəbər verir ki, “Melody” adlı bu robot romantik münasibətlər üçün xüsusi olaraq dizayn edilib və insana daha çox bənzədilib.

Qiyməti 175 min dollar olan robot sahibini yadda saxlamaq və üz ifadələri ilə reaksiya vermək qabiliyyətinə malikdir.

Robotun yaradıcıları “Her” filminin süjetini reallaşdırmaq məqsədilə “Melody”ni maksimum dərəcədə insana bənzətməyə çalışdıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu robot insanlar üçün romantik tərəfdaş ola bilər.