Texnologiya nəhənglərindən olan “Sony” uçan avtomobil proyekti “Airpeak S4”ü ictimaiyyətə təqdim edib.
Maya.news xəbər verir ki, “Airpeak S4” modeli əvvəlcədən sifariş edən şəxslərə 2026-cı ildə təslim olunacaq.
Texnologiya mütəxəssisləri “Sony”nin bu addımını avtomobil sektorunda inqilab kimi qiymətləndiriblər.
“Airpeak S4”ün tıxacların çox olduğu meqapolislər üçün ideal nəqliyyat vasitəsi olacağı bildirilir.
“Airpeak S4” helikopterlər kimi şəquli qalxma və enmə xüsusiyyətinə malikdir.
O elektrik motorla təchiz olunub ki, bu da uçan avtomobili ekologiya dostuna çevirir.