“Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən Azərbaycanda istifadəyə verilib.
Maya.news xəbər verir ki, sosial şəbəkələrdə xidmətin abunəliyinin aylıq 80 AZN olacağı barədə məlumatlar yayılıb.
İnternet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir.
Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.
Qeyd edək ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir.
Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.