spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYATəyyarə qəzalarının sayı niyə artıb

Təyyarə qəzalarının sayı niyə artıb

spot_img

Texnoloji inkişafa baxmayaraq təyyarə qəzalarının sayında artım müşahidə edilir.

Maya.news xəbər verir ki, 2023-cü ilə nisbətdə 2024-cü ildə 15% daha çox təyyarə qəzası baş verib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının açıqladığı məlumata görə, təyyarə qəzalarının 70%-i pilotların qeyri-peşəkarlığı nəticəsində baş verir.

Bunlar arasında isə səhv qərarlar, prosedurun pozulması, zəif kommunikasiya və uzun uçuşlar zamanı pilotların yaxşı istirahət etməməsi önə çıxan səbəblərdir.

Təyyarə qəzalarının ikinci əsas səbəbi isə çətin hava şəraitidir. Türbülans, ani və güclü küləklər, əvvəlcədən təxmin edilməyən fırtınalar təyyarə qəzalarının 10%-nin əsas səbəbidir.

İstehsalat və sistem xətaları isə təyyarə qəzalarında 8%-lik paya sahibdir.