spot_img
Ana səhifəHƏYAT TƏRZİAİLƏ VƏ UŞAQVirtual reallıq eynəyi uşaqlar üçün zərərlidir?

Virtual reallıq eynəyi uşaqlar üçün zərərlidir?

spot_img

Virtual reallıq eynəkləri uşaqlar və gənclər arasında sürətlə populyarlaşmaqdadır.

Maya.news xəbər verir ki, bəzi markalara aid eynəklərin istifadəsində yaş məhdudiyyəti olsa da, ən uyğun yaşla bağlı dəqiqləşmiş bir tələb yoxdur.

Ancaq mütəxəssislər bu cür eynəkləri 10-13 yaş aralığından kənar uşaqlara tövsiyə etmirlər.

Onlar virtual reallıq eynəklərinin uşaqlarda xəyal və gerçəkliyi fərqləndirməkdə çətinlik yaratdığı bildirirlər. Bu isə uşaqların normal inkişafında müəyyən problemlərə səbəb olur.

Kaliforniya Universitetində siçanlar üzərində aparılan bir tədqiqat beyində məkan anlayışına məsul olan neyronların davranışlarının virtual mühitdə dəyişdiyini üzə çıxarıb. Belə ki, virtual reallıq mühitində bu neyronların yarısı fəaliyyətini dayandırır.

Virtual reallıq eynəkləri həmçinin görmə pozğunluğuna da səbəb olur. Bu eynəklərdən istifafə zamanı insan daha az göz qırpır ki, bu da gözün normal funksiyanallığını pozur. Eyni zamanda oftalmoloqlar istənilən rəqəmsal texnologiyaya uzun müddət və yaxın məsafədən baxmağı tövsiyə etmirlər.