ABŞ-li tədqiqatçılar yeməkləri yemədən və içkiləri içmədən dadına baxmağı mümkün edən texnologiya hazırlayıblar.
Maya.news xəbər verir ki, qidaların və içkilərin dadını rəqəmsal məlumata çevirərək kimyəvi maddələrlə təqlid edə bilən texnologiya “e-Taste” adlandırılıb.
“Science Advances” dərgisində yayımlanan məqaləyə görə, mütəxəssislər virtual reallıq texnologiyalarına dad alma funksionallığını da inteqrasiya edəcəklər.