Alimlərin apardıqları yeni ölçmələr Yerin 50 il əvvəllə müqayisədə daha sürətli fırlandığını və bu səbəbdən 1 sutkanın artıq 24 saatdan az olduğunu üzə çıxarıb.
Maya.news xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Milli Fizika Laboratoriyasının mütəxəssisləri tədqiqat aparıblar.
Verilən məlumata görə, Yer kürəsi 24 saatdan 1,59 millisaniyə daha sürətlə fırlanır.
Bu göstərici rekord olub ötən ilin 29 iyun tarixində qeydə alınıb.
Mütəxəssislər sürətlənmənin artacağı təqdirdə kompyuter sistemlərində ciddi dəyişikliklərin ola biləcəyini qeyd ediblər.