spot_img
Ana səhifəGÜNDƏMTrampa qonşu olmaq üçün 45 milyon dollara malikanə aldı

Trampa qonşu olmaq üçün 45 milyon dollara malikanə aldı

spot_img

ABŞ Prezidenti Donald Trampın Florida ştatının Palm Beach şəhərində yerləşən şəxsi iqamətgahının yaxınlığındakı tikintisi tamamlanmamış malikanə 45 milyon dollara satılıb.

Maya.news xəbər verir ki, bu malikanə məşhur “qış Ağ Evi” adlanan və yüksək səviyyədə mühafizə olunan ərazidə yerləşir.

Tikintinin 2025-ci ilin payızında tamamlanması gözlənilsə də, alıcı malikanəni tikinti bitmədən əldə edib.

1200 kvadratmetr sahəyə malik bu dəbdəbəli mülk Trampın ailəsinə məxsus binalarla və bacısı Elizabet Tramp Qraunun evi ilə qonşudur.

Trampla qonşu olmaq istəyən şəxsin bu qədər yüksək məbləğ ödəməsi ərazinin prestijini və eksklüzivliyini bir daha vurğulayır.