spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRƏfqanıstanda qadınların səsinin radioada eşidilməsi də qadağan olundu

Əfqanıstanda qadınların səsinin radioada eşidilməsi də qadağan olundu

spot_img

Əfqanıstanda qadınlara qarşı tətbiq olunan qadağalar siyahısına yeni bir qadağa da əlavə olunub.

Maya.news xəbər verir ki, “Taliban” hökumətinin məmurları Qəndəhar əyalətində qadınların səsinin radioda eşidilməsinə qadağa qoyublar.

Qərarla radioda qadın səsinin yayımlanması, həmçinin əyləncə proqramları zamanı qadınların mesajlarının paylaşılması da qadağan olunur.

Əyalətdə reportajlar hazırlamaq istəyən bütün radiostansiya əməkdaşları yerli hökumət orqanlarından xüsusi icazə almalıdırlar.

Qeyd edək ki, Qəndəhar Hilmənddən sonra “Taliban”ın qadınların radioverilişlərdə səsini tamamilə qadağan etdiyi ikinci əyalət olub.