spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏR56 il edamını gözlədi, 88 yaşında günahsız olduğu anlaşıldı

56 il edamını gözlədi, 88 yaşında günahsız olduğu anlaşıldı

spot_img

Yaponiyada İvao Hakamata adlı keçmiş boksçu 56 il edamını gözləyib, ancaq 88 yaşında onun günahsız olduğu ortaya çıxıb.

Maya.news xarici KİV-ə istinadən xəbər verir ki, İvao indi Yaponiya dövlətindən 217 milyon yen (təxminən 2.39 milyon manat) məbləğində kompensasiya tələb edir.

O, 1966-cı ildə rəisini, onun həyat yoldaşı və iki uşağını öldürməkdə ittiham olunub.

Cinayət işlədiyini qəbul edən İvao 46 il ölüm kamerasında qalıb.

2014-cü ildə tədqiqat yenilənib və DNT analizi onun günahsız olduğunu sübuta yetirib.

Azadlığa buraxılan İvao barədə qərar sonra yenidən ləğv edilib.

10 il ərzində tam bəraət üçün mübarizə aparan Hakamata 2024-cü ildə bəraət alıb.

Məlum olub ki, ona qarşı ittiham müstəntiqlər tərəfindən saxta şəkildə hazırlanıb və İvao təzyiq altında cinayət törətdiyini etiraf edib.

Hazırda onun vəkilləri milyonlarla kompensasiya üçün iddia qaldırıblar.