Almaniyanın Aeoronavtika və Kosmos Mərkəzi elmi tədqiqat üçün 60 gün yataq rejimində yatacaq şəxslər axtarır.
Maya.news xəbər verir ki, iştirakçılara 18 min avro veriləcək.
Tədqiqatın məqsədi cazibə qüvvəsinin olmadığı mühitin uzun müddətli səyahət zamanı insan orqanizminə təsirini öyrənməkdir.
Alimlər əsasən baş fırlanmasını və koordinasiya pozğunluğunu araşdıracaqlar.
Beləliklə Ay və Marsa gələcəkdə baş tutacaq səyahətlər üçün ilkin məlumatlat toplanacaq.
Araşdırma bu ilin 18 sentyabr tarixində Almaniyanın Köln şəhərində başlayacaq.