Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 12 709 eşşək yaşayır.
Maya.news xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilir ki, 2008-2025-ci illər arasında ölkədə eşşəklərin sayı 4 dəfə azalıb.
Belə ki, 2008-ci ildə Azərbaycanda 47,2 min baş yaşadığı halda, cari ilin əvvəlində bu rəqəm 12,7 min başa düşüb.