spot_img
Ana səhifəHƏYAT TƏRZİSƏYAHƏTAzərbaycanda iki yeni milli park yaradılacaq

Azərbaycanda iki yeni milli park yaradılacaq

spot_img

“Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək”.

Maya.news xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verib.

O, bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə ölkənin 10.3 faizi, yəni 893 min hektar xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür.

Qeyd edək ki, 2024-cü ildə milli parklarımızı ümumilikdə 24 min 638 turist ziyarət edib.