spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRBill Qeyts: “Ət istehlakını 2030-cu ilə qədər 0-a endirməyi hədəfləyirik”

Bill Qeyts: “Ət istehlakını 2030-cu ilə qədər 0-a endirməyi hədəfləyirik”

spot_img

Amerikalı iş adamı, “Microsoft”un qurucusu Bill Qeytsin “Ət istehlakını 2030-cu ilə qədər 0-a endirməyi hədəfləyirik” açıqlaması ajiotaja səbəb olub.

Maya.news xəbər verir ki, milyarder ətraf mühiti qorumaq üçün süni ət istehsalı layihələrini dəstəkləməyin vacibliyini vurğulayıb.

Ancaq mütəxəssislər süni ət istehlak etməyin risklər daşıdığını bildirərək Bill Qeytsin planının bəşəriyyətin sonunu gətirə biləcək potensialda olduğunu deyirlər.

Süni ət istehsalını müdafiə edənlərin əsas arqumenti isə maldarlığın istixana qazlarının miqdarını artırması və ətraf mühitə zərər vurmasıdır.

Hətta Sinqapur İslam Şurası da açıqlama verərək süni ət istehsalını “Qlobal impuls” adlandırıb.

Qeyd edək ki, əgər dünya əhalisi bugünkü ət yemə vərdişinə sadiq qalsa, 2030-cu ildə dünyadakı ət istehlakı 2000-ci illə müqayisədə 72% daha çox olacaq.