Bonobo meymunları üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, onlar insanın cahil olduğunu anlaya bilirlər.
Maya.news “Euronews”a istinadla xəbər verir ki, bu barədə “PNAS” dərgisində elmi məqalə yayımlanıb.
Məqalədə qeyd olunur ki, başqa bir canlının zehni bacarıqlarını müəyyənləşdirə bilmə meymunlarda indiyədək görülməyən bir davranışdır.
Bu davranış “zehin nəzəriyyəsi” adlanır.
Con Hopkins Universitetinin tədqiqatçıları isə bonobo meymunlarında bu davranışın olduğunu aşkar ediblər.
Meymunların iştirakı ilə aparılan təcrübədə bir masanın üzərinə tərsinə 3 fincan qoyulub.
Fincanlardan birinin altına isə üzüm giləsi yerləşdirilib.
Təcrübə zamanı meymun üzüm giləsinin hansı fincanın altına yerləşdirildiyini izləyə bilib.
Üzüm giləsinin hansı fincanın altında olduğunu bilməyən insan fincanlar arasında seçim etməyə başladıqda isə bonobolar doğru fincanı göstərməyə başlayıblar.
Bu o deməkdir ki, bonobolar üzümün hansı fincanın altında olduğunu və insanın səhv fincanı seçdiyini anlaya bilirlər.