spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRBraziliya məktəblərində mobil telefon qadağası

Braziliya məktəblərində mobil telefon qadağası

spot_img

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ibtidai və orta məktəblərdə mobil telefon istifadəsini qadağan edən yeni qanun layihəsini təsdiqləyib.

Maya.news xarici mediaya istinadən xəbər verir ki, qanun həm dərs saatlarında, həm də tənəffüs vaxtlarında mobil telefonlardan istifadəyə icazə vermir.

Bu addım məktəblərdə şagirdlərin diqqətinin yayındırılmasının qarşısını almaq və təhsil mühitini daha məhsuldar etmək məqsədi daşıyır.

Prezident Luiz İnasio Lula da Silva bildirib ki, mobil telefonların istifadəsi şagirdlərin dərs prosesinə mənfi təsir göstərir.

Yeni qadağanın uşaqların təhsilə daha çox fokuslanmasına və onların ümumi inkişafına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.