Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86274 doğulan körpə qeydə alınıb.
Maya.news xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qeyd olunub ki, doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.
Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.