spot_img
Ana səhifəGÖZƏLLİKESTETİKBurun əməliyyatından sonra komaya düşən gənc qız həyatını itirdi

Burun əməliyyatından sonra komaya düşən gənc qız həyatını itirdi

spot_img

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova əməliyyatdan sonra komaya düşərək vəfat edib.

Maya.news xəbər verir ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən həyata keçirilən əməliyyatdan sonra Nəzrinin vəziyyəti kəskin pisləşib. Onun beyninə çirk yığıldığı bildirilir.

Qeyd edək ki, bu cərrah Sənan Mehdiyevin ilk ölümlə nəticələnən əməliyyatı deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da vəfat etmişdi.

Həmin hadisədən sonra Sənan Mehdiyev həbs olunaraq 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Ancaq daha sonra azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və o, cəzası çəkilmiş hesab olunub.