Əfqanıstanda qadınların əsas gəlir mənbələrindən biri saç satmaqdır.
Maya.news xəbər verir ki “Taliban”ın qoyduğu qadağaya baxmayaraq ölkədə qadınlar pul qazanmaq və həyatda qalmaq üçün saçlarını satmağa davam edirlər.
Qadınların saçlarını satması əvvəllər normal olsa da, ötən il “Taliban” hökuməti insan bədəninin hər hansı bir hissəsinin satılmasını qadağan edib.
Saçın 100 qramının qiyməti təxminən 3 dollardır.
Gizli yollarla satılan saçlar qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılır, onlardan Pakistan və Çində pariklər hazırlanır.