spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRƏfqanıstanda qadınların yeganə radiosu da bağlandı

Əfqanıstanda qadınların yeganə radiosu da bağlandı

spot_img

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ölkədə qadınların yeganə radiostansiyası olan “Radio Begum”u bağlayıb.

Maya.news CNN-ə istinadən xəbər verir ki, radionun 2 əməkdaşı da həbs edilib.

Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi radiostansiyanın yayım siyasətini pozduğunu və lisenziyasından sui-istifadə etdiyini açıqlayıb.

Qeyd edək ki, “Radio Begum” 2021-ci ildə Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlamışdı.