spot_img
Ana səhifəMAYA+Sovet cərrahiyyəsinin möcüzəsi - İki başlı it

Sovet cərrahiyyəsinin möcüzəsi – İki başlı it

spot_img

Sovet Cərrahının İki Başlı İt Əməliyyatı: Vladimir Demikovun 1954-cü il Təcrübəsi

Sovet cərrahı Vladimir Demikov 1954-cü ildə dünya tibb tarixində əlamətdar bir addım ataraq bir Alman çoban itinə daha kiçik ölçülü ikinci it başını ön ayaqları ilə birlikdə nəql etməyi bacarıb.

Maya.news xəbər verir ki, əməliyyatdan sonra hər iki itin qoxlama, görmə və eşitmə funksiyaları tam işlək vəziyyətdə olub. Hətta hər iki baş ayrı-ayrılıqda qidalanır və bir-birlərinin qulaqlarını dişləyə bilirmiş.

Maraqlıdır ki, ikinci it daha kiçik olduğu üçün hər iki itin yalnız bir ürəyi olub. Əməliyyat zamanı boyunda yerləşən bir damarın zədələnməsi nəticəsində bu itlər cəmi 4 gün yaşaya bilib.

Etik Məsələ və Elmi Əhəmiyyət:
Bu eksperiment əxlaqi baxımdan mübahisələrə səbəb olsa da, orqan transplantasiyası sahəsində mühüm rol oynayıb və gələcəkdəki elmi irəliləyişlərə yol açıb.