Amerikalı milyarder, dünyanın ən zəngin insanı olan İlon Mask 2025-ci il üçün Nobel sülh mükafatına namizəd olub.
Maya.news xəbər verir ki, onun namizədliyinin irəli sürülməsinə söz azadlığına və sülhə verdiyi töhfələr səbəb olub.
Maskın namizədliyini Sloveniyadan olan Avropa Parlamentinin deputatı Branko Qrims irəli sürüb. Norveç Nobel İnstitutu artıq onun namizədliyini qəbul edib.
İlon Mask daha əvvəl də namizəd olub
Bu, Maskın ilk Nobel namizədliyi deyil. 2024-cü ildə də onun adı Nobel sülh mükafatı siyahısında yer almışdı. O zaman namizədliyini norveçli deputat Marius Nilsen təqdim etmişdi.
Mask Nobel mükafatını qazana bilərmi?
Maskın sosial media platforması “X” (keçmiş “Twitter”) üzərindən söz azadlığına verdiyi dəstək, kosmos texnologiyası, Tesla və SpaceX layihələri onu dünyanın ən nüfuzlu şəxslərindən birinə çevirib. Ancaq onun Nobel sülh mükafatına layiq görülüb-görülməyəcəyini proqnozlaşdırmaq bir qədər çətindir.