İspaniyada özünü təhlükədə hiss edən qadınlar “əl bombası” ilə gəzirlər.
Maya.news xəbər verir ki, “əl bombası”nı həm əldə daşımaq, həm də çantadan asmaq olur.
“FlamAid” adlandırılan bu cihazın ipini çəkdikdə ətrafa 110 desibel şiddətində səs siqnalı yayır.
Həmçinin onu daşıyan şəxsin GPS məlumatları ip çəkildiyi andan güc strukturlarına ötürülür.
Bu isə təhlükədə olan qadının həm ətrafdakı insanlar, həm də güc strukturları tərəfindən diqqət çəkməsinə kömək edir.
Cihaz 2022-ci ildə evinə gedərkən tanımadığı bir kişi tərəfindən təqib olunan və hədsiz qorxu keçirən Culieta Rueff adlı qadın tərəfindən yaradılıb.
Əl bombası formasında istehsal olunan cihaz “Bluetooth” vasitəsilə bir elektronik cihaza bağlanır.
Onun qiyməti 60 avrodur.