ABŞ-nin Miçiqan ştatında yeni il gecəsi baş verən qeyri-adi hadisə hər kəsi heyrətləndirib.
Maya.news xəbər verir ki, Bob adlı şəxs odun gətirmək üçün çölə çıxarkən yıxılıb və ciddi zədə alıb.
Boynu qırılan Bob 20 saat boyunca qarın üzərində hərəkətsiz qalıb.

Onun həyatını isə “Golden Retriever” cinsindən olan Kelsey adlı iti xilas edib. Sadiq it sahibinin üzərinə uzanaraq onu isti saxlayıb və davamlı olaraq üzünü və əllərini yalayıb. Bu sayədə Bob hipotermiyadan ölməkdən xilas olub.

Kelsey eyni zamanda davamlı hürərək qonşuların diqqətini çəkib. Nəticədə hadisədən xəbər tutan qonşular Bobu xəstəxanaya çatdırıblar. Əməliyyatdan sonra Bobun həyatı xilas edilib.
Bu hadisə itlərin sadiqliyini və instinktlərinin nə qədər güclü olduğunu bir daha sübut edir.