ABŞ-nin Los-Anceles şəhərində baş verən və hələ də nəzarət altına alınmayan meşə yanğınları bir çox məşhurun evinə zərər vurub.
Maya.news xəbər verir ki, məşhur türk cütlük Beren Saat və Kənan Doğulunun da malikanəsi yanğın nəticəsində külə dönüb.
Cütlük 2018-ci ildə Los-Ancelesdə yerləşən həmin malikanəni 1 milyon 200 min dollara satın almışdı. Təəssüf ki, yanğınlar bu dəbdəbəli evi tamamilə məhv edib.