Türkiyənin Diyarbakır şəhərində baş verən Narin Güran cinayəti üzrə hökm oxunub.
Maya.news xəbər verir ki, azyaşlı Narin Güranın qətlində iştirak edən anası, qardaşı və əmisi ağırlaşdırılmış ömürlük həbs cəzası ilə mühakimə olunub.
Cinayətin gizlədilməsi ilə əlaqədar olaraq digər müttəhim Nevzat Bəxtiyar isə 4 il 6 ay azadlıqdan məhrum edilib.
Bu faciəvi hadisə 2024-cü ilin avqust ayının 21-də baş verib. Narin Güran Diyarbakırda itkin düşdükdən sonra uzun müddət tapılmayıb. Lakin onun cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında aşkar olunub. Bu cinayət Türkiyə cəmiyyətində geniş müzakirələrə səbəb olub və çox sayda insanın reaksiyasını alıb.