Qədim Misirin 18-ci sülaləsinin dördüncü fironu II Tutmosun məzarı tapılıb.
Maya.news xəbər verir ki, məzar Luksor yaxınlığında aşkar olunub.
Misirin Qədim Əsərlər və Turizm Nazirliyi tərəfindən verilən məlumata görə II Tutmosun barəsində ən az məlumat olan simalardan biri hesab olunur.
Bəzi arxeoloqların fikrincə bu fironun hökmranlığı vaxtı əsas söz sahibi onun arvadı Hatşepsut olub.
Firon öldükdən sonra Hatşepsut ərinə həsr olunmuş bəzi abidələri mənimsəyib və kral kartuşlarında (heroqliflərdəki işarələrdə) onun adını özününkü ilə əvəz edib.

