ABŞ-li elm adamları bəşəriyyətin məhv olma ehtimalını simvolizə edən və 1947-ci ildə yaradılmış “Qiyamət saatı”nı yenidən irəli çəkiblər.
Maya.news xəbər verir ki, son yenilənməyə əsasən saat gecə yarısına 89 saniyə qalmışa tənzimlənib.
Bu, tarix boyunca “Qiyamət Saatı”nın ən irəli çəkildiyi nöqtədir və bəşəriyyətin daha böyük təhlükələrlə üz-üzə olduğunu göstərir.
“Qiyamət saatı”nın irəli çəkilməsinin səbəbləri:
✅ İqlim dəyişikliyi və qlobal istiləşmə
✅ Nüvə silahlarının yayılması və silahlanma yarışı
✅ Orta Şərqdə və dünyada siyasi qeyri-sabitlik
✅ Pandemiya və yeni virus təhdidləri
✅ Süni intellektin hərbi əməliyyatlarda istifadəsi və nəzarətsiz inkişafı
“Qiyamət saatı” nədir və nə üçün yaradılıb?
“Qiyamət saatı” ABŞ-nin Yaponiyaya atdığı iki ardıcıl atom bombasından sonra 1947-ci ildə nüvə texnologiyaları üzrə tədqiqat aparan alimlər tərəfindən yaradılıb. Onun məqsədi bəşəriyyətin nə qədər təhlükəyə yaxın olduğunu simvolik olaraq göstərməkdir.
Sonuncu dəfə bu saat gecə yarısına 90 saniyə qalmışa tənzimlənmişdi.
Lakin son qlobal hadisələr səbəbindən daha da irəli çəkildi.
Bu dəyişiklik bəşəriyyətin gələcəyi üçün ciddi xəbərdarlıqdır!