spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRSaxta Bred Pittə inanıb milyonçu ərindən boşandı

Saxta Bred Pittə inanıb milyonçu ərindən boşandı

spot_img

Fransada Anne adlı qadın “Facebook” sosial şəbəkəsində saxta Bred Pitt profilinə inanaraq həyatını alt-üst edib.

Maya.news xəbər verir ki, qadın saxta hesabın əsl aktyor Bred Pittə məxsus olduğuna inanıb və onunla yazışmağa başlayıb.

Saxta “Bred Pitt” qadına evlilik təklifi edib, bunun ardınca isə xərçəng xəstəsi olduğunu və Ancelina Coli ilə boşanma prosesinə görə öz pulunu istifadə edə bilmədiyini deyib.

Anne “Bred Pitt”ə dəstək olmaq üçün ona 830 min avro göndərib.

Daha sonra isə ərindən boşanaraq saxta Bred Pittlə yeni bir həyat qurmağa hazırlaşıb.

Qadın aldadıldığını yalnız aktyorun yeni sevgilisi ilə fotolarının mediada yayılmasından sonra anlayıb.