Şimali Koreya lideri Kim Çen İn ölkədə boşanmağı və hot-doq yeməyi rəsmi olaraq qadağan edib.
Maya.news xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen İn hot-doqu qərb məhsulu hesab edir.
Ölkə lideri onu yeməyin vətənə xəyanətə bərabər olduğunu bildirib. Qadağaya əsasən, hot-doq yeyən və ya hazırlayan şəxslər iş başında tutulduqları halda 6 aylıq əmək düşərgəsinə göndəriləcəklər.
Eyni zamanda, boşanan şəxslərin də cəzalandırılacağı qeyd edilib. Belə ki, boşanan cütlüklər müəyyən müddətlik məcburi əmək düşərgələrində saxlanılacaqlar.
Bu qərarın ölkədə ailə dəyərlərinin qorunması və qərb mədəniyyətinin təsirinin azaldılması məqsədilə qəbul edildiyi bildirilir.