Təyyarədə unudulan pişik 24 saat ərzində iki ölkə arasında üç dəfə səfər edib.
Maya.news xəbər verir ki, bu maraqlı hadisə Yeni Zelandiyada baş verib.
Zelandiyanın Kraystçörç şəhərindən Avstraliyanın Melburn şəhərinə köçən ailə 8 yaşlı Mittens adlı pişiklərini yük bölməsindən götürə bilməyib.
Mittens təyyarədə qaldığı üçün əvvəlcə Yeni Zellandiyaya geri qayıdıb, daha sonra isə növbəti uçuşla yenidən Avstraliyaya gəlib.
Beləliklə pişik 24 saat ərzində üç dəfə uçuş həyata keçirib və nəhayət sahibi Marqo Neasa təhvil verilib.