spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRYaponiyada yaşlı insanlar yalnız qalmamaq üçün cinayət törədirlər

Yaponiyada yaşlı insanlar yalnız qalmamaq üçün cinayət törədirlər

spot_img

2024-cü ilin statistikasına əsasən, Yaponiya dünyanın ən yaşlı insanlarının yaşadığı ölkələr arasında ilk pillələrdədir.

Maya.news xəbər verir ki, ölkə əhalisinin 30 %-nin yaşı 65-dən yuxarıdır.

Bu statistika məhkumların sayında və yaşında da özünü göstərir.

Belə ki, son illərdə məhkumlar arasında 65 yaş və yuxarı insanların sayında artım müşahidə edilir.

Bu artımın əsas səbəbi isə yaşlıların tək qalmamaq üçün xırda cinayətlər törədərək həbsxanalara girməsidir.

Yaşlı şəxslərin törətdiyi cinayətlər arasında market oğurluqları və ictimai nəqliyyata biletsiz minmək üstünlük təşkil edir.