spot_img
Ana səhifəHƏYAT TƏRZİAİLƏ VƏ UŞAQAnanızla telefonla danışmaq stressi azaldır

Ananızla telefonla danışmaq stressi azaldır

spot_img

Ananızla telefonla danışmaq stressi azaltmağa kömək edir, hətta insana fiziki qucaqlaşma qədər müsbət təsir göstərir.

Maya.news xəbər verir ki, bu barədə Wisconsin-Madison Universitetində tədqiqat aparılıb.

“Royal Society B” dərgisində yayımlanan məqaləyə görə, stressli və gərgin anlarda doğma insanın, xüsusilə də ananın səsini eşitmək insana rahatlıq gətirir.

Belə ki, həmin anda stressli insanın orqanizmində xoşbəxtlik hormonu olan oksitosinin miqdarı yüksəlir, stress hormonu olan kortizolun ifrazı isə azalır.

Bu günədək oksitosin ifrazının əsasən fiziki qucaqlaşma nəticəsində artdığı düşünülürdü.

Ancaq aparılan bu tədqiqat fiziki qucaqlaşma olmadan belə ana səsini eşitməyin bu hormonun ifrazı üçün effektiv olduğunu göstərdi.