2 yaşlı Juvan adlı oğlan uşağı bir yaxını tərəfindən öpüldükdən sonra “herpes simpleks” adlı virusa yoluxub.
Maya.news xəbər verir ki, onun sol gözü tamamilə görmə funksiyasını itirib.
Virus əvvəlcə Juvanın sol gözündə qabarcıq, ardınca isə buynuz qişada 4 mm-lik dəlik yaranmasına səbəb olub.
Yaranın infeksiyalaşması isə balacanın bir gözünü itirməsi ilə nəticələnib.
Ailəsi Juvanın görmə bacarığını geri qaytarmaq üçün sinir və buynuz qişa transplantasiyası planlaşdırır.
Ancaq bu halda belə uşağın görmə bacarığının tamamilə bərpa olunub-olunmaması şübhə altındadır.
Qeyd edək ki, həkimlər mütəmadi olaraq azyaşlı uşaqların öpülməməsinin vacibliyini vurğulayırlar.