spot_img
Ana səhifəHƏYAT TƏRZİAİLƏ VƏ UŞAQDanimarkalı analar körpələri niyə çöldə yatızdırırlar

Danimarkalı analar körpələri niyə çöldə yatızdırırlar

spot_img

Danimarkada analar market, kafe və başqa ictimai məkanlara getdikləri zaman körpələrini arabalarda çöldə qoyurlar.

Maya.news xəbər verir ki, bu ölkədə uşaqları açıq və soyuq havada yatızdırmaq ənənəvi hal alıb.

Belə ki, burada içərisində körpələr olan uşaq arabaları üçün xüsusi parkinqlər də fəaliyyət göstərir.

Danimarkalılar açıq havada yatan körpələrin daha sağlam böyüdüyünə inanırlar.

Mütəxəssislərə görə, açıq havada qapalı məkanlarla müqayisədə daha az mikroorqanizmə rast gəlinir.

Həmçinin elmi tədqiqatlar soyuq havada yatmağa vərdiş edən körpələrin daha stabil yuxu rejiminə malik olduğunu üzə çıxarıb.

Danimarkalı analar çölə çıxardıqları zaman körpələrə zərif yunlu geyim geyindirir və üzərlərini quş tükündən hazırlanan yorğanla örtürlər.