spot_img
Ana səhifəHƏYAT TƏRZİAİLƏ VƏ UŞAQKörpələr niyə öpülməməlidir?

Körpələr niyə öpülməməlidir?

spot_img

Körpə uşaq görəndə onu öpmək istəyən qohum, dost, qonşu və tanışlarınızla bu məqaləni mütləq paylaşın!

Maya.news xəbər verir ki, körpələri üzündən öpmək onların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Körpələr xüsusən doğulduqdan sonrakı ilk 3 ayda zəif immunitet sisteminə sahib olurlar.

Bu müddət ərzində körpələrin bədənində infeksiyalarla mübarizə aparan neytrofilmonosit kimi hüceyrələrin sayı olduqca az olur. Bu da onları infeksiyalara qarşı daha həssas edir.

Tədqiqatlar nə deyir?
Aparılan araşdırmalara görə, körpələr yoluxucu bakteriyalara qarşı həssas olduqları üçün sepsis, sətəlcəm, meningitqan infeksiyaları kimi xəstəliklərə daha sürətlə tutulurlar.

Bəs körpəni necə öpmək olar?
Əgər körpəni öpmədən dayana bilmirsinizsə, bu qaydalara əməl edin:

  • Əllərinizi mütləq yuyun və dezinfeksiyaedici məhlullardan istifadə edin.
  • Körpənin otağını yaxşıca havalandırın.
  • Körpənin sağlamlığına zərər verməmək üçün üzdən kənar nahiyəsindən öpün.

Unutmayın ki, körpənin sağlamlığı hər şeydən önəmlidir!