Türkiyədə ilk dəfə evlənən şəxslər üçün yeni güzəştli kredit proqramı təqdim olunub.
Maya.news xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsü elan edib.
Proqram çərçivəsində 18-29 yaş aralığında olan şəxslərə 150 000 TL (təxminən 7100 AZN) məbləğində faizsiz kredit veriləcək.
Kredit şərtləri:
- Kredit müddəti: 48 ay
- İlk 2 il ərzində ödəniş tələb olunmur.
- 2 ildən sonra faizsiz qaydada 48 ay ərzində ödəniş həyata keçiriləcək.
Ailə qurduqdan sonrakı mərhələdə də dövlət cütlüklərə dəstəyini davam etdirəcək.
Ailə dəstəyi proqramı:
- İlk uşağa görə birdəfəlik 5 000 TL (240 AZN) yardım.
- İkinci uşaq üçün aylıq 1 500 TL (72 AZN) ödəniş.
- Üçüncü və sonrakı uşaqlar üçün aylıq 5 000 TL (239 AZN) yardım.
Bu təşəbbüs gəncləri evlənməyə təşviq etmək və gənc ailələrin dəstəklənməsi məqsədi daşıyır.