Yeni aparılan tədqiqat insanın üz və burun quruluşunun ananın hamiləlik zamanı yediyi qidalarla əlaqəli olduğunu üzə çıxarıb.
Maya.news xəbər verir ki, bu barədə “Nature Communications” dərgisində elmi məqalə yayımlanıb.
Aparılan tədqiqata görə, hamiləlik zamanı nə qədər çox zülal istehlak edilərsə, “mTORC1” adlandırılan gen o qədər aktiv olur.
Bu gen burun uzunluğu, burun dəliklərinin genişliyi, yanaqların forması və çənənin quruluşu daxil olmaqla ümumilikdə üzün formalaşmasında xüsusi rol oynayır.
Hamiləlikdə daha az zülalla qidalanmaq incə və sivri üzlü uşağın doğulması ilə nəticələnə bilər.
Tədqiqatçılar hamilə siçan və balıqlara fərqli dieta tədbiq edərək “mTORC1” geninin üz quruluşunda mühüm rol oynadığı qənaətinə gəliblər.