Sevgililər Gününə az qalır və siz hələ də bürclərə uyğun 14 fevral hədiyyəsi seçməmisiniz? Heç narahat olmayın!
Maya.news hər bürcə uyğun hədiyyə seçimlərini təqdim edir:
Qoç
Bütün hədiyyələri qəbul etməyə hazırdır. Xüsusi bir istəyi yoxdur, əsas hədiyyə olsun.
Buğa
Qızıl sevdası bitib-tükənmək bilmir. Bu dəfəki arzusu isə qızıl qolbağ və boyunbağıdır.
Əkizlər
Trendə ayaq uydurmağa çalışan bu bürc üçün “iPhone 16 Pro Max” ürəklərincə olacaq hədiyyədir.
Xərçəng
Gözütox xərçənglər sadəcə xatırlanmaq istəyirlər. Onlar üçün ən gözəl hədiyyə qısa, ancaq səmimi bir təbrikdir.
Şir
Xaricə səyahət tur paketi və almaz üzük. Hər ikisini özləri seçmək istəyirlər. Mümkünsə, üzük səyahətə getməzdən əvvəl alınsın.
Qız
Robot tozsoran və ya paltar qurutma maşını onları xoşbəxt etmək üçün kifayətdir. Ancaq yenə də öz fikirlərini soruşun.
Tərəzi
Mobil telefonunu dəyişmək arzusundadır. Yeni bir telefon və xüsusi baxım məhsulları ilə Tərəziləri xoşbəxt edə bilərsiniz.
Əqrəb
Sevgilisi onun üçün ən gözəl hədiyyədir. Bu səbəbdən maddi heç nə istəmir. Sadəcə və sadəcə romantik atmosferdə birlikdə olmaq…
Oxatan
Hədiyyə etmək istədiyiniz heç nəyə “yox” deməyəcək. Ancaq ürəyindəki arzu iki təyyarə bileti və bol əyləncəli bir səyahətdir.
Oğlaq
Xəyalındakı avtomobili əldə etmək üçün bundan daha gözəl bir il ola bilməz. Ona arzuladığı avtomobili alın.
Dolça
Hər hədiyyəni qəbul etməyəcək. Onu xoşbəxt etmək üçün standartdan kənar və fərqli şeylər barədə düşünməlisiniz.
Balıq
Gözəl bir gül buketi və romantik bir şam yeməyi… Bu qədər sadə və eleqant