Evinizin dekorasiyasına dəyişiklik etmək, ətrafa xoş qoxu yaymaq və romantik atmosfer yaratmaq üçün darçınlı şam ideal seçimlərdən biridir.
Maya.news darçınlı şamın hazırlanma qaydasını təqdim edir.
Materiallar:
İstədiyiniz qədər şam
Şamı içinə qoya biləcəyiniz stəkan
Darçın çubuğu
Bağlamaq üçün ip və ya lent
Hazırlanma qaydası:
Seçdiyiniz şamı ölçüsünə uyğun stəkanın içərisinə qoyun. Darçın çubuqlarını isə stəkanın ətrafına düzün. Çubuqları stəkana yapışdırmaq üçün əlavə bir şam yandırın. O şamın ərintisindən istifadə edərək çubuqları stəkana yapışdırın. Bütün darçınları yapışdırdıqdan sonra isə onları ip və ya lentlə stəkana bərkidin.