spot_img
Ana səhifəHƏYAT TƏRZİEVİMFransa teflon tavaları qadağan edir

Fransa teflon tavaları qadağan edir

spot_img

Fransa teflon tavaları tərkibində kanserogen maddələr olması səbəbindən istehsalını və satışını qadağan etməyə hazırlaşır.

Maya.news xəbər verir ki, Fransada ekoloq deputat Nikolas Tyerrinin təklif etdiyi və tərkibində yapışmayan maddələr olan tavaların qadağan edilməsini təklif edən qanun layihəsi parlamentdə səs verməyə çıxarılacaq.

Qanun xüsusi olaraq bir sıra sənaye sahələrində istifadə edilən maddələrin ölkədə istehsalına və satışına qadağa qoyulmasını nəzərdə tutur.

Kimya sənayesində istehsal olunan perfluoroalkil maddələr (PFAS) havada, torpaqda və çay suyunda, qidada və hətta insan orqanizmində zamanla toplandığı üçün “əbədi çirkləndiricilər” adlanır.

Bu molekullar bəzi mütəxəssislər tərəfindən “21-ci əsrin ən böyük kimyəvi təhlükəsi” kimi təsvir edilir.

Bu maddənin tərkibində olduğu əşyalardan (teflon tavalar, qida qablaşdırmaları, tekstil məhsulları, avtomobillər və s.) gündəlik həyatda geniş istifadə olunur.

Avropa Kimya Agentliyi 2023-cü ildə PFAS-ı qadağan edən plan layihəsini dərc edib.

Fransa hökuməti bildirir ki, əgər bu sahədə qərar veriləcəksə, buna Avropa səviyyəsində baxılmalıdır.