Evə xoş qoxu və estetik gözəllik qatmaq üçün bəzi bitkiləri yetişdirmək mükəmməl seçimdir.
Maya.news evdə yetişdirilməsi asan və gözəl qoxu yayan 6 bitkini təqdim edir:
1. Qardeniya
Qardeniya ən gözəl qoxulu çiçəklərdən biri hesab olunur. Onun güclü və diqqətçəkən qoxusu evinizdə təbii parfüm effekti yaradacaq.

2. Guettarda
Bu bitki müxtəlif qoxuları ilə məşhurdur. Alma, limon, çiyələk kimi fərqli qoxuların evinizdə hiss olunmasını istəyirsinizsə, guettarda yetişdirin.

3. Yasəmən
Şirin qoxusu və gözəl çiçəkləri ilə tanınan yasəmən evinizə həm xoş ətir, həm də estetik gözəllik bəxş edəcək.

4. Lavanda
Lavandanın sakitləşdirici və rahatlaşdırıcı təsiri var. Efir yağlarının aromaterapiyada istifadəsi təsadüfi deyil. Onun qoxusu yuxu keyfiyyətini artırır və stressi azaldır.

5. Plumeria
Havay adalarına xas olan bu tropik bitki unikal qoxusu ilə tanınır. Ətir, şam və losyonların hazırlanmasında istifadə edilir.

6. Nanə
Nanə təravətləndirici qoxuya malik olub baxımı ən asan bitkilərdən biridir.
