spot_img
Ana səhifəHƏYAT TƏRZİEVİMMebellərin ömürünü necə uzatmaq olar?

Mebellərin ömürünü necə uzatmaq olar?

spot_img

Tez-tez mebel dəyişdirməkdən yorulmusunuzsa, onların ömrünü uzatmalısınız.

Maya.news mebellərdən daha uzun müddət istifadə etmək üçün bir sıra mütəxəssis tövsiyələrini təqdim edir:

Keyfiyyətli məhsulları seçin

Mebelə aldığınız zaman büdcənizə görə ən keyfiyyətlisini almağa çalışın. Yüksək keyfiyyətli mebel baha olsa da, uzun müddət işinizə yarayacaq.

Mebeli sürüməyin

Əgər evdə mebelin yerini dəyişdirmək məcburiyyəti yaranıbsa, bunu mebeli sürümədən həyata keçirin. Mebeli itələyərək yerini dəyişdirməyə çalışmayın.

Təmiz saxlayın

Əşyalarınızı tozdan, kirdən və hər cür mayedən qorumaq onların uzun illər canlı görünməsini təmin edəcək. Toz və kir gözlə görünən cızıqlara səbəb ola bilər ki, bu da əşyalarınızın daha tez solması ilə nəticələnəcək.

Günəş işığından qoruyun

Mebellərin üzərinə birbaşa Günəş işığının düşməməsinə diqqət edin. Günəş işığı mebelin solmasına və görünüşünün itməsinə səbəb olur. Əgər mebeliniz pəncərə kənarındadırsa, günün günəşli saatlarında pərdələri qapayın.

Rütubətdən qoruyun

Rütubət istənilən mebelin bir nömrəli düşmənidir. Nəmlik mebelin çürüməsinə səbəb olur. Əgər evinizdə rütubət varsa, daha müasir havalandırma sistemi qurmaqla problemi aradan qaldıra bilərsiniz.