spot_img
Ana səhifəHƏYAT TƏRZİEVİMRahat yuxu üçün yataq otağına bu 5 bitkini qoyun

Rahat yuxu üçün yataq otağına bu 5 bitkini qoyun

spot_img

Rahat bir yuxu üçün yataq otağınızda bu 5 bitki mütləq olmalıdır.

Maya.news xəbər verir ki, bəzi bitkilər sakitləşdirici və təmizləyici xüsusiyyətə malik olub insanın yuxu keyfiyyətini artırır.

Jasmin

Yalnız xoş qoxu verməklə qalmır. O, insan hisslərini stimullaşdırır. Tədqiqatlar jasmin qoxusunun sakit yuxu üçün effektiv olduğunu, narahatlıq hissini azaltdığını və zehni potensialı artırdığını üzə çıxarıb.

Jasmin

Aloe vera və ya əzvay

Bu bitki formaldehid kimi təhlükəli kimyəvi maddələrin otaqdan təmizlənməsinə kömək edir. Aloe vera digər bitkilərin əksinə, gecələr oksigen istehsal edir.

Aloe vera və ya əzvay

Lavanda

Narahatlıq və stressi aradan qaldıran təsirə malikdir. Yatağın baş hissəsinə yaxın yerdə lavanda qoymaqda fayda var. Onun qoxusu bütün otağı dolduracaq və sizə rahat yuxu bəxş edəcək.

Lavanda

Qardeniya

Həm gözəl görünüşü, həm də füsunkar qoxusu ilə qardeniya əsl ev bitkisidir. Təbii sakitləşdirici təsirə malik bu bitki stressi azaldır və yuxu keyfiyyətini artırır.

Qardeniya

Fikus benjamina

1 nömrəli hava təmizləyici hesab olunur. O, havada olan benzol, ammonyak və digər zərərli maddələrin 70%-dən çoxunu yox edir. Fikus benjamina həm yataq otağınıza xüsusi gözəllik verəcək, həm də yuxu keyfiyyətinizi artıracaq.

Fikus benjamina