spot_img
Ana səhifəHƏYAT TƏRZİEVİMTəbii otaq qoxularını bu cür hazırlayın

Təbii otaq qoxularını bu cür hazırlayın

spot_img

Mətbəxinizdə olan meyvə, tərəvəz və ədviyyatları istifadə edərək evinizdə və ya otağınızda təbii qoxular yarada bilərsiniz.

Maya.news həmin məhsulları təqdim edir:

Portağal qoxusu

Dairə şəklində doğranmış yarım portağalı, iki darçın çubuğunu və bir neçə mixək dənəsini qazana qoyub üzərinə su əlavə edin. Qaynatdıqdan sonra alınan qarışım evinizə ecazkar qoxu bəxş edəcək.

Limon qoxusu

Bir limonu dilimləyib bir az rozmarin və vanil qabığı ilə birlikdə qaynadın. Tərkibində həm sitrus meyvə, həm də qoxulu otlar olduğu üçün bu qarışım qalıcı qoxu üçün idealdır.

Kəklikotu qoxusu

Bir yaşıl limon, bir az kəklikotu, nanə və vanili qaynadaraq təravətli qoxu əldə edəcəksiniz.

Zəncəfil qoxusu

Dilimlədiyiniz portağalı zəncəfil və badam ekstraktı ilə qaynadın. Nəticədə evinizə şirin qoxu yaymış olacaqsınız.