Bəzən səhərlər yuxudan yorğun oyanırıq. Bunun bir sıra səbəbləri ola bilər. Ancaq ən əsas səbəblərdən biri də yastıq seçiminin doğru edilməməsidir.
Maya.news yastıq seçərkən diqqət etməli olduğumuz nüansları təqdim edir:
Ən vacib məsələlərdən biri yastığın bədəninizin quruluşuna uyğun olmasıdır. Bu zaman daha yaxşı yata bilərsiniz. Baş və boyun nahiyəsinə uyğun gələn və boyun boşluğuna dəstək verən yastıqlar yuxu keyfiyyətini yaxşılaşdırır.

Pambıq, qaz tükü, yun ilə doldurulmuş yastıqlara üstünlük verilə bilər. Qaz tükü yastıqları yüngül, yumşaq teksturası sayəsində yuxu rahatlığını artırır, rütubəti tənzimləyir. Pambıq yastıq bədənə görə asanlıqla forma alır, yumşaqlığı ilə də xoş bir yuxu mühiti təmin edir.

Yastıqların üzlüyü bədənimizlə birbaşa təmasda olduğu üçün istifadə olunan materialın yüksək keyfiyyətli olmasına diqqət yetirməliyik. Hava keçirən parçalar yuxu üçün idealdır. Belə parçalar bədənin nəfəs almasına imkan verir və tərləməni minimuma endirir.