spot_img
Ana səhifəHƏYAT TƏRZİEVİMYataq otağında hansı rənglərdən istifadə edilməməlidir?

Yataq otağında hansı rənglərdən istifadə edilməməlidir?

spot_img

Uzun və yorucu bir günün sonunda evə addım atdığımız an sakit atmosferdə dincəlmək istəyirik.

Sirr deyil ki, qapalı məkanlarda mühiti yaradan əsas şeylərdən biri də rənglərdir. Bu mənada otaqların rənglərini müəyyənləşdirərkən, seçici davranmalıyıq. Məsələn, qonaq otağında daha açıq rənglər, iş otaqlarında isə sarı və narıncı rənglərdən istifadə oluna bilər.

Maya.news xəbər verir ki, xoş mühitli bir yataq otağı üçün ağac kimi təbii materiallardan istifadə edərək sakit bir ab-hava yarada bilərsiniz.

Yataq otağında qırmızı rəngdən çox istifadə etməyin. Qırmızı rəng yuxu və istirahət üçün uyğun mühit yaratmağa imkan vermir. Yataq otağında qırmızıdan istifadə etmək istəyirsinizsə, onu daha çox kiçik detallarda istifadə edə bilərsiniz.

Eyni şəkildə yataq otağında sarıdan istifadə edərkən diqqətli olmaq lazımdır. Enerjili atmosferin rəngi olan sarı, istirahət zonaları üçün yanlış seçim ola bilər. 

Yataq otağınıza daha sakit enerji vermək istəyirsinizsə, qaradan da uzaq durmalısınız. Qara tutqun və qaranlıq bir görüntü yaradır və səhər oyanmaqda çətinlik çəkməyinizə səbəb ola bilər.

Bütün rənglər arasında ən sakitləşdirici olan mavidən istifadə edən zaman da bir qədər diqqətli olmalısınız. Kobalt mavisi və ya firuzəyi tonları güclü və dolğun enerjiyə sahib olduğu üçün onları yataq otağında istifadə etmək sizi daha çox yora bilər. Bunun əvəzinə hava mavisi və daha açıq tonlarda olan mavi rənglə sakit bir görünüş əldə edə bilərsiniz.