1 aprel tarixi Avropa və bir sıra Asiya ölkələrində Ümumdünya Gülüş Günü kimi qeyd olunur.
Maya.news xəbər verir ki, bu gün insanlar bir-biri ilə zarafat edir və bir-birinə xırda yalanlar deyərək aldadırlar.
Gülüş Günün necə yaranması ilə bağlı bir sıra versiyalar var.
Ən çox yayılmış versiyaya görə, bu gün 2000 il əvvəl Roma imperatoru Konstantinin qulluqçusunun cəsarəti nəticəsində yaranıb.
Belə ki, qulluqçu imperatora gülüşün dövlətə onun özündən daha çox xeyir verdiyini deyib.
Konstantin bundan sonra qərar verib ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin.
Həmin gün bayram tədbirləri keçirilib insanların əhavlı yüksəldilirmiş.