Sleklayn üzrə üçqat dünya çempionu Yaan Ruz bu dəfə Dubayı seçərək növbəti inanılmaz fəndini nümayiş etdirib.
Maya.news xəbər verir ki, estoniyalı akrobat “Əmirlik Qüllələri” (Emirates Towers) arasında, yerdən 224 metr hündürlükdə yerləşən kanat üzərində 100 metr məsafəni irəli və geri hərəkət edib.
Onun bu təhlükəli, lakin heyranedici performansı böyük maraqla qarşılanıb.
Yaan Ruz daha əvvəl Asiya və Avropa arasında yerləşən Bosfor boğazını kanat üzərində keçərək unikal bir şou göstərmişdi.
Onun cəsarətli performansları dünya miqyasında diqqət çəkməyə davam edir.