1518-ci ilin bir yay günündə Fransanın Strazburq şəhərində Frau Troffea adlı qadın küçələrdə rəqs etməyə başlayıb.
Maya.news xəbər verir ki, o, 1 həftə boyunca dayanmadan rəqs edib.
Fraudan ilham alan şəhərin 400 sakini də rəqs etmək istəyinə qapılıb və gücləri tükənənə qədər rəqs ediblər.
Onların arasında insult və infarkt keçirənlər, hətta yorğunluqdan ölənlər olub.
Şəhərin səlahiyyətli şəxsləri bu transa bənzər vəziyyətə “qızışmış qan” adını verib, rəqs epidemiyasına yoluxanlara gecə-gündüz rəqs etməyi əmr ediblər.
Bunun üçün şəhərdə rəqs səhnələri tikilib, rəqqaslar və musiqiçilər işə götürülüb.
Ancaq görülən işlər rəqs epidemiyasını daha da böyüdüb. Nəticədə epidemiya Almaniya, Hollandiya və İsveçrəyə də yayılıb.
Bəzi tarixçilər rəqs epidemiyasına yoluxanların təsadüfən erqot adlı zəhərli göbələk yediklərini irəli sürürlər. Digərləri isə insanların bölgədə yayılan xəstəlik və qıtlıq stressindən azad olmaq üçün rəqs etdiklərini qeyd edirlər.